Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əziz İlham Heydər oğlu.
AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbərini Belarus Respublikasında dərin hüzn və kədərlə qarşıladılar.
Belaruslular Azərbaycan xalqına üz vermiş fəlakətin ağrı-acısını və əvəzolunmaz itkinin kədərini bölüşürlər.
Hörmətli İlham Heydər oğlu, belə bir ağır vaxtda Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi dəstək sözlərimi qəbul etməyinizi xahiş edir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram.
Hörmətlə,
Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti
Sudan Respublikasının Suveren Keçid...
Kuba Respublikasının Prezidenti...
Surinam Respublikasının Prezidenti...
Dünya Turizm Təşkilatının Baş katibi...
Finlandiya Respublikasının Prezidenti...