Ağrının buzla örtülmüş vulkanik baryer gölü yeni ildə də təbiətsevərləri gözləyir.
Şərqi Anadolu bölgəsinin əhəmiyyətli turizm mərkəzlərindən biri olan Ağrıdakı Balıq Gölü dondurucu havalardan sonra buzla örtülmüş səthi ilə təbiətsevərləri yeni ildə gözləyir. Taşlıçay rayonunun şimalında, Araz dağlarından 2241 metr yüksəklikdə vulkanik maneə gölü olan Balıq Gölü təbii gözəllikləri ilə diqqət çəkir.
Qeyd edək ki, Balıq gölü Şərqi Anadolu bölgəsindəki Araz dağlarında, Türkiyənin ən hündür göllərindən biridir. Ağrı vilayətinin sərhədləri daxilində yerləşən və əmələ gəlməsi baxımından vulkanik maneə gölü olan bu gölün sahəsi 30 km²-dir. Dəniz səviyyəsindən hündürlüyü 2241 metr, ən dərin yeri isə 37 m-dir.
Ətraf kəndlərin içməli və kommunal su mənbəyidir. Dağlardan gələn çaylar, sahil bulaqları və yeraltı sularla qidalanır. Türkiyənin beynəlxalq əhəmiyyətli 135 bataqlıq ərazisindən biridir.
İtaliya sahillərində miqrantları daşıyan...
Əfqanıstanda qadınlara yeni qadağalar...
Cənubi Koreyada qəzaya uğrayan...
ÜST Çini COVID-19-a dair məlumatları...
Dünya yeni ili coşqu ilə qarşılayıb...