Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Dekabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Fhnews.az xəbər verir ki, əvvəlcə Komissiyanın dekabrın 21-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması məsələsinə baxılıb. MSK Seçki Məcəlləsinin tələblərini əsas götürərək, 1 saylı Şərur – Sədərək, 3 saylı Babək – Şahbuz – Kəngərli, 7 saylı Səbail, 8 saylı Binəqədi birinci, 16 saylı Yasamal ikinci, 20 saylı Nərimanov ikinci, 46 saylı Sumqayıt beşinci, 47 saylı Sumqayıt – Abşeron – Qaradağ, 51 saylı Şirvan, 56 saylı Şabran – Xaçmaz, 66 saylı Saatlı, 68 saylı Sabirabad – Şirvan, 72 saylı Cəlilabad kənd, 81 saylı İmişli, 86 saylı Ağcabədi, 95 saylı Zərdab – Kürdəmir – Ucar, 112 saylı Zaqatala və 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edib.
Media subyektləri nümayəndələrinin də iştirak etdiyi iclasda, həmçinin bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədə məlumat verilib, namizədlərin irəli sürülməsi, qeydə alınması və müşahidəçilərin akkreditasiyası ilə bağlı statistik göstəricilər elan olunub və cari məsələlərə baxılıb.
İranın müvəqqəti işlər vəkili Azərbaycan...
Azərbaycanda karantin rejiminin...
Azərbaycanda Rusiya vətəndaşlarının...
Litvanın yeni xarici işlər naziri...
Ayxan Hacızadə: Azərbaycan Suriyanın...