1 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Tarix və Etnologiya İnstitutu ili 4 mühüm elmi nəticə ilə başa vurub

29-12-2024
IMG

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda bu il elmi-tədqiqat işləri əsas 5 istiqamət, 17 problem, 43 mövzu, 197 iş üzrə aparılıb və 4 mühüm nəticə əldə olunub.

Fhnews.az xəbər verir ki, bu barədə AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2024-cü il üzrə illik hesabatlara həsr olunmuş iclasında müəssisənin direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov məlumat verib.

O, il ərzində “Səfəvi dövləti tarixinin aktual problemlərinin öyrənilməsi”, “Qərbi Azərbaycan XIX yüzilliyin ikinci yarısı - XX yüzilliyin əvvəllərində”, “Möhtəşəm 20 il (1993-2023)”, “Birinci və İkinci Qarabağ müharibələri: Azərbaycanın erməni işğalçıları üzərində qələbəsinə etnoloji baxış” kimi mühüm nəticələrin əldə olunduğunu qeyd edib.

Paylaş: