1 yanvar 2025, çərşənbə Bakı, 3°C
IMG-LOGO

FHN-in Bakı Regional Mərkəzi silsilə müşavirələr keçirib

29-12-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi paytaxtın Yasamal, Xətai, Səbail, Xəzər və Pirallahı Rayon İcra hakimiyyətlərində “2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirib.

Tədbirlərdə FHN Bakı Regional Mərkəzinin, yerli icra hakimiyyətlərinin, eyni zamanda özünüidarəetmə orqanlarının rəhbər şəxsləri, aidiyyəti dövlət təşkilatlarının məsul vəzifəli nümayəndələri iştirak ediblər.

Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirlərdə çıxış edənlər keçirilən müşavirələrin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Müşavirələrdə Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıda duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb.

Paylaş: