Nəhəng dalğalar Peruyu vurdu: 80 liman bağlandı
Cənubi Amerika ölkəsi Peruya iki gündür nəhəng dalğalar təsir edir. Xüsusilə Piura bölgəsində bir çox balıqçı gəmisi dalğalar tərəfindən sürüklənərkən, bəziləri batıb.
Nəhəng dalğalar səbəbindən 80 liman və bir çox çimərlik bağlanıb.
Mütəxəssislər nəhəng dalğaların Piuranın bütün sahil xəttinə təsir etdiyini bildiriblər. Hadisə ilə bağlı Peru Hərbi Dəniz Qüvvələrindən də açıqlama verilib. Yayımlanan hesabata görə, sahilyanı bölgəyə təsir edən dalğaların təsiri yeni ilin ilk gününə qədər davam edəcək.
Mançesterdə fövqəladə vəziyyət elan...
Tunis sahillərində ən azı 27 miqrant...
“AirBaltic” 4600-dən çox reysi ləğv...
166 milyon illik kəşf...
Krasnoyarskda müşahidə edilən "Şimal...