İqlim dəyişikliyi: 2024-cü ildə 41 əlavə təhlükəli gün yaşadıq
Yola saldığımız 2024-cü ildə iqlim böhranının planetimizə təsirlərini araşdıran alimlər müəyyən ediblər ki, iqlim dəyişikliyi bu il dünyada təhlükəli dərəcədə isti temperaturların daha 41 gün davam etməsinə səbəb olub və dünyada ciddi problemlərə yol açıb. Beynəlxalq alimlər qrupu olan “World Weather Attribution”ın tədqiqatçıları 2024-cü ildə müşahidə olunan ekstremal hava hadisələrini və iqlim dəyişikliyinin bu hadisələrlə əlaqəsini təhlil ediblər. İqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava hadisələri bu il ən azı 3700 nəfərin ölümünə səbəb olub, milyonlarla insanın didərgin düşməsinə səbəb olan 26 hava hadisəsi isə daha da şiddətlənib.
Bir çox ekstremal hava hadisələrində iqlim dəyişikliyi El Ninodan daha güclü təsir göstərmişdir. Alimlər bütün ölkələri 2025-ci ildə və sonrakı illərdə ekstremal hava şəraitinə qarşı hazırlıqlarını artırmağa çağırsa da, isti dalğaları, quraqlıq, meşə yanğınları, tufan və daşqınlarla dolu gələcəyin qarşısını almaq üçün qalıq yanacaqlardan çox daha sürətli uzaqlaşmağın vacibliyini vurğulayıblar.
Kosovoda ilk meymun çiçəyi virusu...
2024-cü ilə damğasını vurmuş...
Türkiyə 2035-ci ilədək üç atom elektrik...
NASA-nın kosmik gəmisi Günəşə ən yaxın...
Qazaxıstan xilasediciləri 40 nəfəri...