Bəzi vergiödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılıb
Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri bəzi vergiödəyiciləri ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi prosesinin asanlaşdırılması ilə bağlıdır.
Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, 2024-cü il yanvarın 1-dən vergiödəyiciləri elektron kabinetlərinə vergi orqanı tərəfindən verilən kod-parol vasitəsilə deyil, yalnız gücləndirilmiş elektron imza ilə daxil ola bilirdilər. Lakin aparılmış təhlillər əsasında "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməklə fəaliyyət göstərən vergiödəyiciləri, o cümlədən, ofisiantlar, bərbərlər, dərzilər, çəkməçilər, məişət cihazlarının təmiri ilə məşğul olan şəxslər və digərləri, həmçinin ölkə ərazisində sərnişin daşımalarını həyata keçirən şəxslər üçün bu prosesin sadələşdirilməsi qərara alınıb.
Bu səbəbdən həmin vergiödəyicilərinin elektron kabinetə vergi orqanı tərəfindən verilən kod-parol vasitəsilə daxil olmaq hüququ 2025-ci il yanvarın 1-dən bərpa edilib. Dəyişiklik nəticəsində bu kateqoriyaya aid vergiödəyiciləri ilə Dövlət Vergi Xidməti arasında qarşılıqlı məlumat mübadiləsi prosesinin asanlaşacağı gözlənilir.
Təyyarə qəzasında həlak olanlar bu gün...
“Embraer-190” təyyarəsində həlak olan 21...
NİİM: Bakıda bəzi yollarda sıxlıq...
Leyla Əliyevanın iştirakı ilə Mədəni və...
Sabah Zabrat qəsəbəsinin bir hissəsinə...