29 dekabr 2024, bazar Bakı, 7°C
IMG-LOGO

FHN-in Şimal-qərb Regional Mərkəzi silsilə müşavirələr keçirib

28-12-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Qobustan, Şamaxı və Şəki Rayon İcra hakimiyyətlərində “2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirib.

Tədbirlərdə FHN-in Şimal-qərb Regional Mərkəzinin, yerli icra hakimiyyətlərinin, eyni zamanda özünüidarəetmə orqanlarının rəhbər şəxsləri, aidiyyəti dövlət təşkilatlarının məsul vəzifəli nümayəndələri iştirak ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Müşavirələrdə çıxış edənlər keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Tədbirlərdə Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında ətraflı məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq şəhər və rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıda duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb.

Paylaş: