Saray qəsəbəsini metronun “20 Yanvar” stansiyası ilə əlaqələndirən yeni marşrut xətti fəaliyyətə başlayır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və avtobus zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
AYNA-dan bildirilib ki, vətəndaş müraciətləri nəzərə alınaraq, Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatının təmin edilməsi məqsədilə dekabrın 29-dan yeni 508 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Saray qəsəbəsini metronun “20 Yanvar” stansiyası ilə əlaqələndirən marşrut üzrə sərnişin daşımaları "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. 12-13 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək marşrutda gediş haqqı 0.55 AZN müəyyən edilib.
Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində paytaxtın və ətraf ərazilərin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib, əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və tətbiqinə başlanılıb.
Optimallaşdırma işləri çərçivəsində sərnişin tələbatına uyğun olaraq AYNA tərəfindən yeni marşrutların yaradılması davam etdiriləcək.
BMT ilə yeni Çərçivə Sənədinin...
Azərbaycan ilə Misir arasında kənd...
Paytaxtın 6 müntəzəm avtobus marşrutu...
Sabah metroda qatarlar iş günlərinə...
Saray qəsəbəsini metronun “20 Yanvar”...