Belarusun Respublika Şurasının sədri təyyarə qəzası ilə əlaqədar Sahibə Qafarovaya başsağlığı verib
Belarusun Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Respublika Şurasının sədri "Azərbaycan Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğraması ilə əlaqədar özünün və Şuranın deputatları adından Milli Məclisin sədrinə, dost və qardaş Azərbaycan xalqına, qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmalarını arzulayıb.
Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
Ceyhun Bayramov Hakan Fidanla beynəlxalq...
Təyyarə qəzasının səbəblərinin...
Milli Məclisin növbəti iclasının...
Belarusun Respublika Şurasının sədri...
Azərbaycanın və Qazaxıstanın parlament...