28 dekabr 2024, şənbə Bakı, 7°C
IMG-LOGO

Almaniyada növbədənkənar seçkilər 23 fevral 2025-ci ildə keçiriləcək

27-12-2024
IMG

Almaniya prezidenti Frank Valter Ştaynmayer Bundestaqı buraxaraq erkən seçkilərin 23 fevral 2025-ci ildə keçiriləcəyini açıqlayıb. 
Ştaynmayer Bellevue sarayında verdiyi açıqlamada "Bu gün 20-ci Almaniya Bundestaqını buraxmaq və 23 fevral 2025-ci ildə yeni seçkilər keçirmək qərarına gəldim.”-deyib.

 Almaniyada siyasi sabitliyin vacibliyinə işarə edən Ştaynmayer "Bu, bizə fayda verdi və bizi qorudu. Qanunvericilik müddəti bitmədən Bundestaqın buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ölkəmizdə müstəsna hallardır. Bu, Konstitusiyamızda yer alıb”-deyərək açıqlama verib.

Bundestaqda parlament qruplarının rəhbərləri ilə görüşlər keçirdiyinə diqqət çəkən Ştaynmayer əlavə edib  ki, etimad səsverməsinə görə, indiki hökumət artıq səs çoxluğuna sahib deyil. Bununla belə, parlamentdə fərqli hökumət üçün çoxluq təsbit edə bilmədim. Ona görə də mən hesab edirəm ki, yeni seçkilər ölkəmizin rifahı üçün doğru yoldur.”

Paylaş: