29 dekabr 2024, bazar Bakı, 7°C
IMG-LOGO

İdarəetmə Sistemləri İnstitutu əməkdaşlarının əsərlərinə il ərzində 2945 dəfə istinad edilib

28-12-2024
IMG

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda cari il üzrə müəyyənləşdirilmiş idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas elmi istiqamətlər üzrə tədqiqatlar aparılıb, ümumilikdə 23 mühüm elmi nəticə alınıb.

Bu barədə institutdan məlumat verilib.

İnstitut əməkdaşları tərəfindən il ərzində 370 elmi əsər, o cümlədən 201 məqalə (onlardan 29-u “Web of Science” və 50-si “Scopus” bazalarında), 1 kitab (xaricdə), 4 dərs vəsaiti və 4 monoqrafiya çap olunub, 2 Avrasiya patenti və 1 şəhadətnamə alınıb. Tədqiqatçıların əsərlərinə 2945 dəfə istinad edilib.

Paylaş: