29 dekabr 2024, bazar Bakı, 7°C
IMG-LOGO

BMT ilə yeni Çərçivə Sənədinin hazırlanmasına dair müzakirə aparılıb

28-12-2024
IMG

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Nazirlikdən  bildirilib ki, görüşdə ölkəmizin BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə çoxvektorlu əməkdaşlığı vurğulanıb. Qeyd olunub ki, 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair Çərçivə Sənədinin icrası tərəfdaşlığın inkişafında mühüm faktora çevrilib. COP29-un Azərbaycanda təşkili və uğurla yekunlaşması isə qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş olan ölkəmizin BMT ilə münasibətlərinin genişləndirilməsi üçün əlavə stimul yaradıb.

Tərəflər Dayanıqlı İnkişaf Məqsədlərinin icrası və 2026-2030-cu illər üzrə əməkdaşlığa dair yeni Çərçivə Sənədinin hazırlanması üçün strateji istiqamətlərin müəyyənləşdirilməsinə dair müzakirə aparıblar.

Paylaş: