Nazirlik: Azərbaycan mina problemin aradan qaldırılması üçün diplomatik fəallıq göstərib
Minalardan əziyyət çəkən ölkə kimi Azərbaycan bu problemin aradan qaldırılması üçün aparılan genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə beynəlxalq səviyyədə məlumatlandırma işini və humanitar minatəmizləmə əməliyyatlarına beynəlxalq yardımın cəlb olunması istiqamətində səylərini davam etdirib. Azərbaycan bu məqsədlə ikitərəfli və çoxtərəfli formatlarda diplomatik fəallıq göstərib, BMT, UNESCO, Avropa İttifaqı, NATO daxil olmaqla beynəlxalq təşkilatlar və bir sıra ölkələrlə ərazilərimizdəki mina probleminin aradan qaldırılması üzrə əməkdaşlıq yolları barədə dialoqu davam etdirib.
Fhnews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Bildirilib ki, artıq ənənə halını almış, humanitar minatəmizləmə mövzusunda Bakıda illik əsasda keçirilən beynəlxalq konfrans bu sahədə mühüm dialoq formatına çevrilib. Mayın 30-31-də Azərbaycan və BMT-nin birgə təşkilatçılığı ilə Zəngilan və Bakı şəhərlərində “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi” mövzusunda 3-cü beynəlxalq konfrans keçirilib. Noyabrın 4-8-də Ümumdünya Şəhərsalma Forumunun Qahirədə keçirilmiş 12-ci iclasında ölkəmiz fəal iştirak edib, işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə, bərpa və yenidənqurma fəaliyyətlərinə dair ətraflı məlumat verilib. Sentyabrın 18-də BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində gündəliyin “Bütün insan hüquqlarının, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların, o cümlədən inkişaf hüququnun təşviqi və qorunması” adlı 3-cü bəndi altında Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “Minaların və digər partlamamış sursatların insan hüquqlarına təsirləri” adlı bəyanata 66 ölkə həmmüəllif qismində qoşulub.
Mərkəzi Seçki Komissiyasının növbəti...
Almaniya Prezidenti Frank-Valter...
Dünya Azərbaycanlılarının Həmrəyliyi...
MSK sədri: Hazırda bələdiyyə üzvlüyünə...
Milli Məclisin payız sessiyasında son...