Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiedən
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Faciəvi təyyarə qəzası nəticəsində insan tələfatı barədə xəbəri dərin hüzn və kədərlə qarşıladıq.
Efiopiya Federativ Demokratik Respublikasının hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan xalqına və hökumətinə, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu faciəvi qəzada yaralananların tezliklə və tam sağalmasını diləyirəm.
Efiopiya bu çətin zamanda Azərbaycan xalqı və hökuməti ilə həmrəy olduğunu bildirir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Taye Atske Sellasie
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti
Rusiya Federasiyası Prezidentinin...
Rumıniyanın Prezidenti Klaus Verner...
Vyetnam Sosialist Respublikasının...
Xorvatiya Respublikasının Baş naziri...
İtaliya Respublikasının Prezidenti...