Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Sitara Ayazdan
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində insanların həyatını itirmələri ilə əlaqədar Beynəlxalq Parlamentarilər Konqresi adından Sizə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.
Qəlbimiz bu ürəkağrıdan faciədə həlak olanların ailələrinin və yaxınlarının yanındadır. Yaralananların tezliklə və tam sağalmalarını arzulayırıq.
Əminəm ki, Azərbaycan xalqının birliyi bu çətin dövrü dəf etməyə imkan verəcəkdir. Bu ağır vaxtda biz də Sizinlə həmrəyliyimizi ifadə edirik.
Hörmətlə,
Sitara Ayaz
Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi
Rusiya Federasiyası Prezidentinin...
Rumıniyanın Prezidenti Klaus Verner...
Vyetnam Sosialist Respublikasının...
Xorvatiya Respublikasının Baş naziri...
İtaliya Respublikasının Prezidenti...