FHN-in Şimal Regional Mərkəzi dəm qazı təhlükəsinə dair silsilə maarifləndirmə tədbirləri keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi cari ilin dekabr ayı ərzində idarə, müəssisə və təşkilatlarda çalışan şəxslər, habelə işləməyən əhali üçün “Dəm qazı ölüm təhlükəsi yaradır” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirib.
Tədbirlərə FHN-in aidiyyəti yerli qurumlarının əməkdaşları, eləcə də Mərkəzin əhatə etdiyi region üzrə rayon icra hakimiyyətlərinin və Xaçmaz Regional Qaz İstismarı İdarəsinin nümayəndələri cəlb edilib.
Tədbirlərdə dəm qazı təhlükəsi, o cümlədən məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, nasaz və sertifikatı olmayan qaz cihazlarının yaratdığı təhlükə barədə ətraflı məlumat verilib.
“Embraer-190” təyyarəsində həlak olan 21...
NİİM: Bakıda bəzi yollarda sıxlıq...
Leyla Əliyevanın iştirakı ilə Mədəni və...
Sabah Zabrat qəsəbəsinin bir hissəsinə...
“DOST Müfəttiş” layihəsi beynəlxalq...