Milli Hidrometeorologiya Xidməti dekabrın 29-u günün birinci yarısında Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Qazax, Ağstafa, Daşkəsən, Tovuz, Kəlbəcər, Laçın, Şabran, Xızı, Qobustan, Siyəzən, Neftçalada şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.