28 dekabr 2024, şənbə Bakı, 7°C
IMG-LOGO

Malayziyanın Kuala-Lumpur şəhərinin meri Maimuna Mohd Şərifdən

27-12-2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Dekabrın 25-də çoxlu sayda insanın həyatına son qoyan dəhşətli təyyarə qəzası ilə əlaqədar Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Bu faciəli hadisə Kuala-Lumpur əhalisini qəlbən sarsıtdı. Biz bu hüznlü və kədərli vaxtda Azərbaycan xalqı ilə həmrəyik. Faciə zamanı həlak olanların ruhları şad olsun, onların ailələrinə səbir diləyir, yaralananların tezliklə şəfa tapmaları üçün dua edirik.

Sizinlə birlikdə kədərlənirik və həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik.

Zati-aliləri, Kuala-Lumpur əhalisinin və şəxsən mənim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm.

Dərin hüznlə,

Maimuna Mohd Şərif

Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinin meri,

2018-2024-cü illərdə BMT-nin Məskunlaşma

Proqramının icraçı direktoru, Nizami Gəncəvi

Beynəlxalq Mərkəzinin üzvü

Paylaş: