28 dekabr 2024, şənbə Bakı, 7°C
IMG-LOGO

İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevdən

27-12-2024

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində baş vermiş ürəkağrıdan faciə ilə bağlı Sizə şəxsən öz adımdan, İsrail hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İsrail Dövləti çoxsaylı insan itkisi ilə əlaqədar kədərinizi bölüşür. Bu faciə nəticəsində həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı veririk. Yaralıların hamısının tezliklə tam sağalmalarını arzu edirik.

İsrail Dövləti, eləcə də Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi bu çətin vaxtda Sizin yanınızdadır və lazım ola biləcək hər cür yardımı göstərməyə hazırdır.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Miri Reqev

İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri

Paylaş: