Ombudsman Səbinə Əliyeva Qubada vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Quba şəhərində vətəndaş qəbulu keçirib.
Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib ki, müvəkkil qəbul üçün müraciət etmiş 2-si şəhid ailəsi üzvü olmaqla, 14 nəfərin hər birini fərdi qaydada qəbul edib. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.
Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.
“ASAN xidmət” və “ASAN kommunal”ın...
Bəzi ərazilərə yağış və qar yağır -...
FHN-in Şimal Regional Mərkəzi dəm qazı...
Səhiyyə Nazirliyi bayram günləri ilə...
FHN-in Qarabağ Regional Mərkəzi silsilə...