29 dekabr 2024, bazar Bakı, 7°C
IMG-LOGO

“Samsung”un mobil cihazlarında boşluq aşkar olunub

28-12-2024
IMG

“Samsung”un mobil cihazlarında boşluq (CVE-2024-49415) aşkar olunub.

Fhnews.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, “libsaped.so” kitabxanasındakı “out-of-bound” yazma zəifliyi, kiberdələduzlara uzaqdan ixtiyari kod icra etmək imkanı yaradır. Boşluğun uğurlu istismarı nəticəsində kiberdələduzlar təsirlənmiş sistemə tam nəzarət edərək, həssas məlumatları pozub sistem faylları və ya məlumatları dəyişdirə bilir, həmçinin potensial olaraq sistemin dayanmasına və xidmətdən imtinaya səbəb ola bilərlər.

“İstifadəçilərə ən tez zamanda mümkün təhlükəsizlik yeniləmələrini tətbiq etmələri tövsiyə olunur”, - deyə Elektron Təhlükəsizlik Xidmətinin məlumatında qeyd edilib.

Paylaş: