29 dekabr 2024, bazar Bakı, 7°C
IMG-LOGO

Kosovoda ilk meymun çiçəyi virusu aşkarlanıb

28-12-2024
IMG

Kosovoda meymun çiçəyinə ilk yoluxma halı aşkarlanıb. Kosovo Milli İctimai Sağlamlıq İnstitutu Afrikadan yenicə qayıdan 30 yaşlı Kosovo vətəndaşında meymun çiçəyi virusunun aşkar edildiyini açıqlayıb.

Qurumdan verilən açıqlamada bildirilir ki, 30 yaşlı Kosovo vətəndaşı Qərbi Afrikadakı bir ölkədən qayıtdıqdan sonra dekabrın 24-də infeksiya klinikasına yerləşdirilib. Xəstə yüksək hərarət, titrəmə, üz və əllərdə zədələnmələr, qaşınma şikayətləri ilə daxil olub.

Qeyd edək ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi keçən avqust ayında Avropada daha çox xarici ölkələrdən  meymun çiçəyi virusuna yoluxma hallarının görülməsinin mümkün olduğunu, lakin Avropada daimi təhlükənin az olduğunu açıqlayıb. Mərkəzin məlumatlarına görə, dekabrın 15-də Almaniyada dörd, dekabrın 18-də isə Belçikada ilk meymun çiçəyi virusuna yoluxma halı qeydə alınıb.

Paylaş: