29 dekabr 2024, bazar Bakı, 7°C
IMG-LOGO

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

28-12-2024
IMG

Dekabrın 28-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov son vaxtlar məhkəmə sahəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində islahatlar davam etdirilir. Məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilir, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir.

Şuradan verilən məlumata görə, iclasda “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb. Həmçinin intizam icraatı üzrə işlərə, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda, iclasda Məhkəmə-Hüquq Şurası Aparatının, Hakimlərin Qiymətləndirilməsi Komitəsinin və Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının əsasnamələri, hakimlərin vəsiqələri ilə bağlı qanun layihələri müzakirə olunub, birinci instansiya məhkəmələrinin aparatlarının strukturu təsdiq edilib.

Daha sonra təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif ediliblər.

Sonra Şuranın üzvü, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev tərəfindən hakimlərin qiymətləndirilməsi qaydaları və metodogiyaları barədə məlumat təqdim olunub.

 

Paylaş: