Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində insanların həlak olmaları və xəsarət almaları ilə bağlı xəbəri dərin təəssüf hissi ilə aldım.
Zati-alinizə və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, Allah-Taaladan dünyasını dəyişənlərə rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm.
Hörmətlə,
Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir
Azərbaycan Respublikasında 2025-ci ilin...
Efiopiya Federativ Demokratik...
Əlcəzair Xalq Demokratik Respublikasının...
Xorvatiya Respublikasının Prezidenti...
Dövlətlərarası Aviasiya Komitəsinin...