28 dekabr 2024, şənbə Bakı, 10°C
IMG-LOGO

Azərbaycanın və Qazaxıstanın parlament sədrləri arasında telefon danışığı olub

27-12-2024
IMG

Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Qazaxıstan Parlament Məclisinin sədri "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Parlament Məclisinin sədri öz adından və qazaxıstanlı deputatlar adından Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına səbir diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək, öz növbəsində bu təyyarə qəzasında Qazaxıstan vətəndaşlarının da həlak olması ilə əlaqədar Yerlan Koşanova başsağlığı verib, onların ailələrinə və yaxınlarına səbir diləyib.

Paylaş: