2 aprel 2025, çərşənbə Bakı, 21°C
IMG-LOGO

Suriyanın müvəqqəti hökumətində xarici işlər naziri təyin edilib

21-12-2024
IMG

Suriyada Baas rejimini devirən Hərbi Əməliyyatlar Komandanlığı Esaad Həsən  Şeybaninin müvəqqəti hökumətin Xarici İşlər Naziri vəzifəsinə təyin edildiyini açıqlayıb.

İdlibdə mülki administrasiyanın siyasi məsələlər üzrə rəhbəri vəzifəsini icra edən Şeybani xarici hökumət və qurumların nümayəndələri ilə əlaqələrə, həmçinin Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq yardım təşkilatlarının işinə cavabdeh olub.

Şeybani 2011-ci ildə Suriyada rejimə qarşı azadlıq tələbi ilə başlayan xalq hərəkatlarında iştirak edərək prosesə cəlb olunub.Bəşər Əsəd rejiminin devrilməsindən sonra qurulan Suriya müvəqqəti hökumətində xarici işlər naziri vəzifəsinə təyin olunan Esaad Həsən Şeybani magistratura və doktorantura təhsilini Türkiyədə alıb.

Paylaş: