Doqquz ayda Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 4825 zəng qəbul edib
Cari ilin 9 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 4825 zəng qəbul edilib.
Nazirlikdən verilən məlumata görə, daxil olan zənglərin 4140-ı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 310-u təşəkkür xarakterli, 375-i isə digər məsələlərlə bağlı olub.
Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə qeydə alınıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
“Orta və kiçik biznesin inkişafında...
Hesablama Palatasının kollegiya iclası...
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...