Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Fhnews.az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar oktyabrın 12-də saat 09:15-də Bakıdan Ağstafaya, oktyabrın 13-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
“Orta və kiçik biznesin inkişafında...
Hesablama Palatasının kollegiya iclası...
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...