Artvində torpaq sürüşməsinin səbəbləri araşdırılır
Türkiyənin Artvin bölgəsinin Arhavi rayonunda baş verən və 100 min kvadratmetr əraziyə təsir edən sürüşmənin Türkiyədə hələ də təsbit edilməmiş dağıntılı uçqun növü olduğu müəyyən edilib.
Qeyd edək ki, dekabrın 8-də Artvinin Arhavi rayonunda baş verən sürüşmədən sonra bölgəyə gedən və araşdırma aparan nümayəndə heyətinin tərkibində olan İstanbul Texniki Universitetinin professoru Görüm uçqunla əlaqədar qiymətləndirmələr edib.
Torpaq sürüşməsi nəticəsində 4 nəfərin həyatını itirdiyini və Qara dəniz Sahil yolunun bir müddət nəqliyyata bağlandığını bildirən Görüm gecə saat 03.05-də baş verən sürüşmənin sürpriz olmadığını söyləyib.
Alim daha əvvəl sürüşmənin baş verdiyi ərazinin Qara Dəniz Sahil Yolu Layihəsi ilə karxana kimi işləndiyini izah edib. Şərqi Qara dəniz bölgəsinin Türkiyədə sürüşmə tezliyinin ən yüksək olduğu bölgə olduğunu vurğulayan Görüm "Ona görə də hər zaman bu ərazidə sürüşmələr baş verir. Sürüşmə baş verməmişdən əvvəl buradakı çat sistemlərində böyümələr və açılmalar var idi. AFAD ilə birgə işimizi davam etdiririk və ərazidə sürüşmə təhlükəsinin davam edib-etmədiyini araşdırırıq.”-deyib.
Sürüşmənin xarakteristikasının vacib olduğunu bildirən Görüm əlavə edib ki, deformasiyanı ölçə biləcəyimiz InSAR kimi uzaqdan zondlama texnologiyası vasitəsilə sürüşmənin qonşu yamaclarından əldə etdiyimiz nəticələr deformasiyanın davam etdiyini göstərir. Buna görə də bölgədə bu marşrut boyunca bu cür təhlükələrin daha yaxşı başa düşülməsinə ehtiyac var.
ABŞ-da bəzi məhbuslar vaxtından əvvəl...
Fritillaria imperialis və ya Ters...
Myanma hökuməti zəlzələnin nəticələrinin...
“SpaceX” Yerin orbitində qütblərarası...
Avropada dabaq epidemiyası yayılır...