ANAMA: Ötən həftə 233 partlamamış hərbi sursat zərərsizləşdirilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.
Fhnews.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, fevralın 19-dan 25-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 95, tank əleyhinə 44 mina və 112 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 945.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Xocalının Ballıca kəndinə növbəti köç...
Ali Məhkəmənin Cinayət kollegiyasının...
AZAL Səmərqəndə uçuşları bərpa edib...
FHN İmişli rayonunda maye qazdoldurma...
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə...