Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkil etdiyi sayca üçüncü Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi öz işinə başlayıb. Xidmətin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində düşərgənin açılış mərasimi keçirilib.
Fhnews.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, tədbirdə layihənin məqsədi, iştirakçıların şəxsi inkişafına yönəlik təşkil olunacaq təlimlər və asudə vaxtlarını faydalı keçirmək üçün əyləncəli tədbirlər haqqında məlumat verilib. Bildirilib ki, layihəyə maraq ildən-ilə artır və bu il ümumilikdə, 700-dən çox tələbə iştirak üçün müraciət göndərib.
Bir həftə davam edəcək yay düşərgəsində müxtəlif universitetlərdən, ümumilikdə, 60 tələbə iştirak edir. Bu müddət ərzində iştirakçılara daxili və kənar təlimçilər tərəfindən vergi inzibatçılığı, vergi növləri, vergiödəyicilərinə göstərilən xidmətlər, eləcə də fərdi səriştələrin inkişafı istiqamətində təlimlər keçiriləcək. Bundan başqa, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün interaktiv oyunlar və Şamaxının turizm məkanlarına turlar təşkil olunacaq.
Qeyd olunub ki, cari ildə “Yay Təcrübə Proqramı” iyulun 1-dən avqustun 30-dək keçiriləcək. Tələbələr üçün yay düşərgəsindən sonra layihənin davamı olaraq Dövlət Vergi Xidmətinin müxtəlif struktur bölmələrində bir aylıq istehsalat təcrübəsi təşkil ediləcək.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...