24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Çilidə 5,3 bal gücündə zəlzələ baş verib

24-11-2024
IMG

Cənubi Amerika ölkəsi Çilinin şimalında 5,3 bal gücündə zəlzələ baş verib. Çili Milli Seysmoloji Mərkəzinin  məlumatına görə, 5,3 bal gücündə zəlzələnin episentri ölkənin Antofaqasta şəhərində olub.

Qeyd edək ki, dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Çili “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.2010-cu il fevralın 27-də ölkədə baş verən 8,8 bal gücündə zəlzələ və onu müşayiət edən sunami nəticəsində 500-dən çox insan həyatını itirib.

Paylaş: