24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Putindən diqqətəlayiq qadağa: Uşaqsızlıq təbliğatı olmayacaq

24-11-2024
IMG

Rusiya prezidenti Vladimir Putin ənənəvi ailə dəyərlərinə qarşı təbliğatı qadağan edən qanunu imzalayıb. Rusiya lideri cinsiyyətinin dəyişdirilməsinə icazə verən ölkələrin vətəndaşlarının rusiyalı uşaqları övladlığa götürməsinə mane olan qanunu da təsdiqləyib. Bu qanunlar ənənəvi ailə dəyərlərini qorumaq və Rusiyada uşaqların sayını artırmaq məqsədi daşıyır. 

Fhnews.az xəbər verir ki, Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan fərmana əsasən, uşaqsızlığı, qeyri-ənənəvi münasibətləri və cinsiyyətin dəyişdirilməsini təbliğ edən şəxslər və təşkilatlar müəyyən edilərək cərimələnəcək.

Qanuna əsasən, dövlət qulluqçularından başqa şəxslər 100 min rubla qədər (təxminən min dollar), dövlət qulluqçuları 200 min rubl (təxminən 2 min dollar), hüquqi şəxslər isə 800 min rubla (təxminən 8 min dollar) qədər cərimələnəcək. 

Media vasitələri ilə təbliğat aparılarsa, 5 milyon rubla qədər (təxminən 50 min dollar) cərimə tətbiq ediləcək və ya bunu həyata keçirən təşkilatın fəaliyyəti 90 günə qədər dayandırılacaq.

Putin həmçinin cinsiyyətinin dəyişdirilməsinə icazə verən ölkələrin vətəndaşlarına rusiyalı uşaqları övladlığa götürməyi qadağan edən qanunu imzalayıb.

Bu qanunlar ənənəvi ailə dəyərlərini qorumaq və Rusiyada uşaqların sayını artırmaq məqsədi daşıyır.

Paylaş: