24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib
 

19-03-2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 2159-u təkərli oturacaq, 399-u aşağı və yuxarı ətraf protezi, 507-si qoltuqaltı və dirsəkaltı ağac, 423-ü eşitmə aparatı olub. Həmçinin əlilliyi olan şəxslərə 560 cüt protez ayaqqabı, 927 cüt ortopedik ayaqqabı, 13 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 2 ayı ərzində ümumilikdə 3,1 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

Paylaş: