24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Vəkillər Kollegiyasının üzvləri 234 məhkuma pulsuz hüquqi yardım göstəriblər

27-06-2024
IMG

Ədliyyə Nazirliyi Penitensiar Xidmət ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, məhkumlara pulsuz peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə qurumun 2, 9, 17 saylı cəzaçəkmə müəssisələri və İxtisaslaşdırılmış Müalicə Müəssisəsində görüş keçirilib.

Fhnews.az xəbər verir ki, Vəkillər Kollegiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Pro Bono” Vəkil Bürosunun (VB), Bakı şəhəri 38 saylı VB-nin, “Mərkəz” VB-nin, “Qanunçuluq” VB-nin “Güvən” VB-nin, Bakı şəhəri 39 saylı VB-nin, o cümlədən Bakı şəhəri 13 saylı VB-nin vəkilləri ilə təşkil olunmuş görüşdə 234 məhkuma mülki və cinayət qanunvericiliyinin müddəaları izah olunub, onların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

Tədbirlər Planına uyğun olaraq gələcəkdə digər cəzaçəkmə müəssisələrində də məhkumlara pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.

Paylaş: