24 noyabr 2024, bazar Bakı, 11°C
IMG-LOGO

Ümumdünya Beyin Günü ilə əlaqədar “Sinir sistemi həftəsi” keçiriləcək

10-07-2024
IMG

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə "TƏBİB-in İxtisas gündəliyi" proqramı çərçivəsində 22 İyul - Ümumdünya Beyin Günü ilə əlaqədar “Sinir sistemi həftəsi” layihəsi keçiriləcək.

Fhnews.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, iyulun 17-18-də Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Şəki Ailə Sağlamlıq Mərkəzində vətəndaşlara Bakı şəhərində yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (nevroloq, uşaq nevroloqu, terapevt) tərəfindən tibbi xidmətlər göstəriləcək.

İyulun 19-da isə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Şəki-Zaqatala tibbi ərazi bölməsinə aid olan Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarında yerləşən tibb müəssisələrinin həkim heyəti üçün seminarların təşkili, həmçinin vətəndaşların maarifləndirilməsi üçün müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

“Sinir sistemi həftəsi” çərçivəsində Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarının vətəndaşları Şəki Ailə Sağlamlıq Mərkəzində keçiriləcək tibbi müayinələrdən yararlanmaq üçün həmin tibb müəssisələrinin Qeydiyyat bölməsinə müraciət edə bilərlər.

Paylaş: