24 noyabr 2024, bazar Bakı, 12°C
IMG-LOGO

Uşaqların doğulanadək cins seçiminin və erkən nikahın fəsadlarına dair maarifləndirici flayer hazırlanaraq vətəndaşlara paylanılıb

08-08-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti maarifləndirici çap materialı -“Uşaqların doğulanadək cins seçimi həm reproduktiv sağlamlıq, həm də demoqrafik inkişaf üçün ciddi zərbədir” adlı flayer hazırlanaraq DOST mərkəzlərində, həmçinin nazirliyin digər qurumlarında vətəndaşlara paylanılıb.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, flayer Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq, habelə 23 iyun 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası ilə bağlı Nazirliyin Tədbirlər Planı çərçivəsində maarifləndirmə məqsədilə hazırlanıb.

Həmin çap materialında doğulacaq uşaqların cins seçiminin fəsadları qeyd olunur, uşaqların doğulanadək cins seçiminin gender əsaslı zorakılıq olduğu bildirilir. Həmçinin erkən nikahın mənfi nəticələri də diqqətə çatdırılır, onun düşünülməmiş addım olduğu vurğulanır.

Paylaş: