Türkiyənin aeroportlarında sərnişin axını 20 milyon nəfəri ötüb
2024-cü ilin may ayında Türkiyə hava limanlarında sərnişin axını 20 milyon 230 min 573 nəfər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,5 faiz çoxdur.
Fhnews.az xəbər verir ki, bu barədə çərşənbə axşamı, iyunun 11-də Türkiyənin Dövlət Hava Limanları İdarəsinin (DHMİ) son məlumatlarına istinadla ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Nazirin sözlərinə görə, sərnişinlərin ümumi sayından 8 milyon 158 min nəfəri daxili xətlərin xidmətlərindən istifadə edib, 12 milyon 54 min 832 nəfər isə beynəlxalq reyslərə bilet alıb.
Uraloğlu onu da qeyd edib ki, may ayında Türkiyə hava limanlarında daxili reyslərdə 78 475, beynəlxalq reyslərdə isə 77 751 təyyarənin eniş-qalxış əməliyyatları həyata keçirilib.
Hesabat dövründə hava yüklərinin daşınmasının həcmi 404 min 754 ton olub; onlardan 69 min 126 tonu ölkədaxili, 335 min 629 tonu isə beynəlxalq reyslərin payına düşüb.
Nazir 2024-cü ilin yanvar-may ayları üçün sərnişindaşıma göstəricilərinə də diqqət çəkib. Belə ki, bu ilin ilk 5 ayında Türkiyə hava limanlarında sərnişin axını 82 milyon 109 min 667 nəfər olub ki, bu da ötən illə müqayisədə 8,4 faiz çoxdur.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...