24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Türk dövlətlərinin rəsmi iqtisadi siyasət araşdırma mərkəzləri şəbəkəsinin növbəti toplantısı keçirilib

04-03-2024

Türk Dövlətləri Təşkilatı Katibliyinin dəstəyi ilə Beynəlxalq Türk Akademiyası tərəfindən Türk dövlətlərinin rəsmi iqtisadi siyasət araşdırma mərkəzləri şəbəkəsinin (ERCNET) növbəti toplantısı keçirilib.

Fhnews.az science.gov.az saytına istinadən xəbər verir ki, Onlayn rejimdə keçirilən görüşdə Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, həmin akademiyanın vitse-prezidentləri Erhan Türbedar və Aşat Kəsikbayev, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın iqtisadi siyasət araşdırma mərkəzlərinin rəsmiləri və ekspertləri iştirak ediblər.

Toplantını giriş sözü ilə açan akademik Şahin Mustafayev 2023-cü ildə dərc edilmiş “Türkiyə iqtisadiyyatı: Rəqəmsal ticarət və investisiya” hesabatının yüksək qiymətləndirildiyini bildirib və hesabatın hazırlanmasında əməyi olan iştirakçılara təşəkkür edib. Bildirib ki, bu tematik tendensiyalar türk dövlətlərinin inteqrasiyasında mühüm rol oynayır. O, bugünkü təkliflərin qardaş ölkələrin iqtisadiyyatına müsbət təsir göstərəcəyinə inamını ifadə edib.

İclasda iştirakçılar Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə ötən il yaradılmış ERCNET platformasının 2023-cü il üzrə fəaliyyət göstəriciləri və builki fəaliyyət planını müzakirə edib, 2024-cü il Türkiyə iqtisadiyyatı hesabatının hazırlanması ilə bağlı təkliflərini səsləndiriblər.

Paylaş: