24 noyabr 2024, bazar Bakı, 11°C
IMG-LOGO

Turizm və Menecment Universiteti ilə Həştərxan Dövlət Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

25-09-2024
IMG

Rusiya Federasiyanın V.N.Tatışev adına Həştərxan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Fadina Angelina Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.

Universitetdən verilən məlumata görə, rektor İlham Mədətov ilə keçirilən görüşdə qonağa universitetin fəaliyyəti, beynəlxalq əlaqələri, o cümlədən ikitərəfli əməkdaşlıq çərçivəsində ATMU professor-müəllim heyətinin Həştərxanda keçirilən tədbirlərdə yaxından iştirakı haqqında məlumat verilib.

ATMU və V.N.Tatışev adına Həştərxan Dövlət Universiteti arasında əməkdaşlıq imkanlarını müzakirə edən tərəflər beynəlxalq təhsil layihələri və proqramları çərçivəsində əlaqələri prioritet istiqamət kimi dəyərləndiriblər.

Rusiyali ali təhsil təmsilçisi F.Angelina Azərbaycanda turizm sektorunun davamlı inkişafı barədə məlumatlı olduğunu, Həştərxanın turizm potensialının səmərəliliyi istiqamətində müvafiq azərbaycanlı mütəxəssislərdən faydalanacaqlarına inandığını deyib. Rusiya-Azərbaycan əlaqələri prizmasından Bakı-Həştərxan şəhərləri arasında ikitərəfli münasibətlərin davamlılığından isə məmnun qaldığını söyləyib.

Paylaş: