Təhsil və tibb müəssisələrinin psixoloqları üçün növbəti təlim keçirilib
Fövqəladə Hallar Nazirliyi Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər”in müvafiq müddəalarına uyğun olaraq Nazirliyin Cənub Regional Mərkəzində növbəti təlim keçirilib.
Cənub regionunun təhsil və tibb müəssisələrində fəaliyyət göstərən psixoloqların iştirakı ilə keçirilən tədbirdə əsas məqsəd onların ekstremal şəraitdə çalışmaq vərdişlərinin artırılması, eyni zamanda qarşılıqlı peşəkar fəaliyyətin qurulması olub.
Tədbirdə çıxış edən Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov göstərilən istiqamətdə keçirilən təlimlərin əhəmiyyətini qeyd edib.
Sonra təlimdə Fövqəladə Hallar Nazirliyinin Aparatından dəvət olunmuş ixtisaslaşmış psixoloqlar tərəfindən “Fövqəladə hadisələr zamanı ilkin psixoloji yardımın göstərilməsi”, “Psixolojı reabilitasiya və özünü idarəetmə qaydaları” və son dövrlər aktuallığı daha da artan “İntihar və intihara cəhd hadisələrinin qarşısının alınması” mövzularında fotoslayd və videoçarx vasitəsilə ətraflı məlumat verilıb.
İnteraktiv formada keçirilən təlim zamanı iştirakçıların sualları cavablandırılıb.
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...
Küləkli hava şəraiti ilə bağlı sarı...