Son illərdə 500-dək repatriant sosial reabilitasiya və reinteqrasiya xidmətləri ilə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi son illərdə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 500-dək şəxsi sosial reabilitasiya və reinteqrasiya xidmətləri ilə təmin edib.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, agentlik hazırda 16 repatrianta və ailə üzvlərinə evlərində sosial-psixoloji reabilitasiya xidmətlərini davam etdirir.
Qurumun sosial işçi və psixoloqlardan ibarət mütəxəssis qrupları repatriantların ailələrinə səfər edirlər. Repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi aparılır.
Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial reabilitasiya xidmətləri həyata keçirilir.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...