24 noyabr 2024, bazar Bakı, 11°C
IMG-LOGO

Son beş ayda pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 3 milyard 649 milyon manat ödənilib

27-06-2024
IMG

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ildə də davam edir.

Fhnews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-may ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3 milyard 649 milyon manat vəsait ödənilib.

Bu, ötən ilin müvafiq dövrünə nisbətən 352 milyon manat və ya 11 faiz çoxdur.

Paylaş: