Şimali Koreya növbəti dəfə ballistik raket buraxıb
Şimali Koreya növbəti ballistik raket buraxılışı həyata keçirib.
Fhnews.az xəbər verir ki, bu barədə Yaponiyanın Sahil Mühafizəsi Xidməti məlumat yayıb.
Raket Yaponiyanın iqtisadi zonasından kənarda dənizə düşüb. Raketin uçuş məsafəsi və hündürlüyü ilə bağlı məlumatlar hələlik verilməyib.
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə iyulun 1-də ballistik raket buraxmışdı. KXDR Raket Elmi Baş İdarəsi bildirib ki, çəkisi 4,5 tona qədər olan ultra böyük döyüş başlığı daşımağa qadir yeni “Hvason-11-4.5” taktiki ballistik raketinin sınaqları uğurlu olub.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...