Səkkiz ayda ƏƏSMN-in elektron xidmətlərinə 21,7 milyon müraciət qeydə alınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin yanvar-avqust aylarında 21,7 milyon müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 3,9 milyon dəfə istifadə olunub. 170 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda nazirliyin 160 xidmətindən 145-i və ya 90 faizdən çoxu elektron qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı, “Əmək və Məşğulluq” altsistemi yaradılıb.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 8 ayında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 438 milyon olub.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...