24 noyabr 2024, bazar Bakı, 11°C
IMG-LOGO

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024
IMG

Ölkəmizdə səfərdə olan Rusiyanın Federal Əmək və Məşğulluq Xidmətinin rəhbəri Mixail İvankovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində 5 saylı Bakı DOST Mərkəzində olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlar Mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə heyətinin üzvlərinə DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipləri barədə məlumat verib.

Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyi və artıq 7 DOST Mərkəzinin, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsinin, Şuşada Qarabağ Regional DOST Mərkəzinin filialının açıldığı bildirilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurları diqqətə çatdırılıb. Ötən dövrdə DOST mərkəzlərində 2,8 milyondan çox vətəndaşa xidmət göstərildiyi, həmin xidmətlərdən vətəndaş məmnunluğunun 98,2 faiz olduğu qeyd edilib.

Nümayəndə heyəti ilə görüşdə DOST konsepsiyası, sosial sahədə rəqəmsallaşdırma proqramının uğurları, əmək və məşğulluq sahələrində aparılan islahatlar və innovativ yeniliklər barədə təqdimatlar edilib.

Paylaş: