Qlobal təkrar emal günü ilə əlaqədar “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək
Təkrar emal təbii sərvətlərimizi qorumağa kömək edən, ekoloji cəhətdən təmiz və yaşıl planetin yaranmasına töhfə verən bir prosesdir.
2018-ci ildən etibarən hər il qeyd olunan Qlobal Təkrar Emal Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin, müxtəlif tərəfdaş qurumların dəstəyi ilə martın 17-də “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.
Fhnews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, milli parklara giriş bileti) əldə edə biləcəklər.
Qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif müsabiqələr ilə keçiriləcək festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz.
Nazirlik “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən belə tədbirlərdə hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırır.
Məkan: Hüseyn Cavid parkı ( Elmlər Akademiyası metro stansiyasının yaxınlığı), 17 mart, saat 12-dən 15-ə kimi.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...