Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri aparılır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görülən tədbirlər çərçivəsində 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan qəhvəyi mərmər bağacığının müşahidə olunduğu ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir.
Görüşlərdə zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Həmçinin qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet və bannerlər yerli əhali arasında paylanır, müvafiq yerlərə yapışdırılır. Eləcə də mediada məlumatlar, sosial şəbəkələrdə posterlər yayımlanır.
Eyni zamanda, Agentlik aidiyyəti qurumlarla birlikdə vətəndaşların zərərvericini müşahidə etdikdə, bu barədə məlumat verməsi və ona qarşı mübarizə tədbirləri haqqında məlumat alması üçün müvafiq tədbirlər görür. Belə ki, vətəndaşlar bunun üçün aidiyyəti dövlət qurumlarına, o cümlədən AQTA-nın “1003-Çağrı Mərkəzi”nə, eləcə də “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzində fəaliyyət göstərən “Qaynar xətt”ə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə:+994 99 308 85 88) zəng edə bilərlər.
Bundan başqa, Agentlik tərəfindən hazırlanmış videoçarxda qəhvəyi mərmər bağacığı, eyni zamanda zərərvericinin yayılması, inkişafı, qidalanması və onunla mübarizə tədbirlərinə dair ətraflı məlumat verilib.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...